Venesiya komissiyasının baş katibi Bakıya gələcək

Avropa Şurası Venesiya komissiyasının baş katibi Cianni Bukikio Avropa Şurası Venesiya komissiyası və Azərbaycan Konstitusiya məhkəməsinin birgə təşkil etdiyi konfransda iştirak edəcək. Bu barədə Trend ə Avropa Şurasının Bakı informasiya ofisindən məlumat verilib.
Konfrans noyabrın 9-10-da Bakıda keçiriləcək.
Tədbirdə iştirak etmək üçün Rusiya, Almaniya və Belçikadan hakimlər də gələcəklər.