...

Respublika Baş Prokurorluğunun "qaynar xətt"inə daxil olan şikayətlərin say 860-dan 60-a enib

Siyasət Materials 7 Noyabr 2006 17:33 (UTC +04:00)

Respublika Baş Prokurorluğunun "qaynar xətt"inə daxil olan şikayətlərin say 860-dan 60-a enib. Bu barədə Trend ə Azərbaycanın Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Bundan əlavə, qurumda "Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu üzrə lokal kompüter şəbəkəsi" yaradılaraq istifadəyə verilib.

"Bu tədbirlər "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə" 2006-ci il 19 yanvar tarixli Prezident Fərmanının icrası əsasında həyata keçirilib. Prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlərdən biri də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin tamamilə yenidən təşkili istiqamətində görülən işlərdir" - deyə V.Əliyev bildirib.

V.Əliyev onu da bildirib ki, Baş prokuror hərbi prokurorluqda, o cümlədən Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında da lokal kompüter şəbəkələrinin yaradılması barədə də tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti