...

Yaap de Hup Sheffer: Azərbaycan-NATO tərəfdaşlığı möhkəm əsaslara malikdir

Siyasət Materials 8 Noyabr 2006 16:28 (UTC +04:00)
Yaap de Hup Sheffer: Azərbaycan-NATO tərəfdaşlığı möhkəm əsaslara malikdir

"Azərbaycan-NATO tərəfdaşlığı möhkəm əsaslar üzərində qurulub və 10 ildən artıqdır ki, uğurla inkişaf edir". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 8-də Brüsseldə Atlantik Əməkdaşlıq Şurasının iclasında NATO-nun baş katibi Yaap de Hup Sheffer bəyan edib.

O vurğulayıb ki, Azərbaycan NATO tərəfdaşlığının xüsusi fəal iştirakçısıdır. "Biz NATO-nun Kosovo və Əfqanıstanda apardığı sonuncu əməliyyatlara Azərbaycanın verdiyi töhfəni alqışlayırıq", - deyə baş katib əlavə edib. Onun sözlərinə görə, ötən il Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı başa çatmaqla tərəflər arasında münasibətlər əməkdaşlığın və siyasi dialoqun daha yüksək səviyyəsinə çatıb.

Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı yalnız əməkdaşlıq proqramı kimi mühüm olmayıb. Bu plan həm də Azərbaycanın Avroatlantik standartlara, dəyərlərə, adətlərə və institutlara uyğunlaşması üçün bir növ yol xəritəsi rolunu oynayıb", - deyə Yaap de Hup Sheffer vurğulayıb. Onun sözlərinə görə, Planın implementasiyası istiqamətində xeyli irəliləyiş əldə olunsa da, hələ çox işlər qalıb.

Xəbər lenti

Xəbər lenti