...

Vəfa Quluzadə: Azərbaycan xarici siyasətinin təbliğatı sahəsində güclü siyasət aparmalıdır

Siyasət Materials 9 Noyabr 2006 15:00 (UTC +04:00)

"ABŞ dünyanın ən böyük və aparıcı dövlətidir. Orada baş verən proseslər bütün digər ölkələrdə öz əksini tapır". Bu barədə Trend ə müsahibəsində ekspert Vəfa Quluzadə ABŞ Konqresinə seçkiləri və erməniyönlü mövqeyi ilə tanınan Demokratlar Partiyasının liderlik qazanmasını şərh edərkən bəyan edib.

V.Quluzadə qeyd edib ki, vaxtilə ABŞ demokratları və Azərbaycan arasında yaxşı münasibətlər olub. Məhz həmin dövrdə neft müqavilələri imzalanıb, Bakı-Tiflis-Ceyhan neft kəmərənin taleyi həll olunub.

Ancaq öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın əsas problemi olaraq qalır. ABŞ Konqresinin indiki spikeri Nensi Pelosi (Nancy Pelosi) erməniyönlü mövqedən çıxış edir. Çünki o, Kaliforniya ştatından təmsil olunub və buradakı ermənilər onu həmişə dəstəkləyib. "Mən dəfələrlə ona başa salmağa çalışmışam ki, Ermənistan dövləti mövcud deyil. Bu, Rusiyanın bir hissəsidir və o, Azərbaycanı yenə də öz müstəmləkəsinə çevirmək istəyir. Ermənilər bu planı həyata keçirmək üçün yalnız bir vasitədir", - deyə V.Quluzadə vurğulayıb.

Ekspert hesab edir ki, N.Pelosi Dağlıq Qarabağ ermənilərinə daha çox meyl edir. Buna baxmayaraq, nə Bill Klintonun rəhbərliyi dövründə, nə də sonra ABŞ administrasiyası "erməni soyqırımı"nı tanımayıb və Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlər kifayət qədər möhkəm olacaq", - deyə V.Quluzadə qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycan xarici siyasətinin təbliğatı sahəsində güclü siyasət aparmalıdır. Onun fikrincə, Azərbaycanı Nensi Pelosi kimi siyasətçilərlə danışmağı bacaran şəxslər təmsil etməlidir. V.Quluzadənin fikrincə, ABŞ-da bu ölkə ilə xüsusi münasibətlər Mərkəzi yaratmaq lazımdır. Çünki səfirlik bunun öhdəsindən tək gələ bilmir.

Xəbər lenti

Xəbər lenti