...

Vladimir Putin Azərbaycanla əmtəə dövriyyəsinin iki dəfə artacağına ümid edir

Siyasət Materials 9 Noyabr 2006 17:14 (UTC +04:00)

Vladimir Putin ümid edir ki, Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafı yaxın illərdə əmtəə dövriyyəsinin həcminin iki dəfə artmasına imkan yaradacaq. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

"Bizim siyasi sahədə, beynəlxalq işlərdə, iqtisadiyyatda ikitərəfli münasibətlərimiz yaxşı inkişaf edib", - deyə o, azərbaycanlı həmkarı İlham Əliyevi Kremldə qəbul edərkən bildirib.

"Əmtəə dövriyyəsi artıq 1 mlrd. dolları ötüb", - deyə Putin xatırladıb. "Düşünürəm ki, yaxın 2-3 il ərzində biz əmtəə dövriyyəsini iki dəfə artıracağıq", - deyə o əlavə edib. "Hər halda, əmtəə dövriyyəsinin artım templəri məhz bundan xəbər verir", - deyə Rusiya prezidenti hesab edir. O xatırladıb ki, bu il əmtəə dövriyyəsinin həcmi ötən ilin həmin dövrü ilə müqayisədə artıq 50 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti