Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov Türkiyənin hakim Ədalət və inkişaf partiyasının qurultayında Azərbaycanı təmsil edəcək. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Trend ə eksklüziv olaraq məlumat verib. Partiya qurultayı noyabrın 11-ə təyin olunub.
Xatırladaq ki, hakim partiyaya Rəcəb Tayyib Ərdoğan - Türkiyə Respublikasının baş naziri rəhbərlik edir. O, 1954-cü il fevralın 26-da İstanbulda anadan olub. Mərmərə Universitetinin (İstanbul) iqtisadiyyat və idarəetmə fakültəsini bitirib. 1970-ci illərin ortalarından siyasətlə məşğul olur və Milli azadlıq partiyasının (MAP) regional gənclər təşkilatına rəhbərlik edib. 1984-cü ildə rayon partiyalarından birinin, 1985-ci ildə isə İstanbul təşkilatı - MAP-ın davamçısı olan Rifah partiyasının rəhbəri olub.
1994-cü ildə Rifah partiyasının siyahısı üzrə İstanbulun meri seçilib. 2001-ci ilin avqust ayında formalaşmış İslam siyasi hərəkatında "islahatçılıq qanadı"na rəhbərlik edib. 9 mart 2003-cü ildə Siirt əyalətində təkrar seçkilərdə parlamentə deputat seçilib. Həmin il martın 14-dən Türkiyənin baş naziridir.