Gələn ilin iyunun 29-dan iyulun birinə kimi Bakıda bədii gimnastika üzrə 23-cü Avropa çempionatı keçiriləcək. Trend -ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadənin verdiyi məlumata görə, bu haqda bu gün Bakıda Azərbaycan Gimnastika Federasiyası və Avropa Gimnastika Birliyi (UEG) arasında müqavilə imzalanan zaman bəyan edilib.
Sənədi Bədii Gimnastika Federasiyasının prezidenti , Milli Məclisin deputatı Mehriban Əliyeva və UEG prezidenti Dimitrios Dmitropulos imzalayıb.
Qeyd edək ki, UEG nümayəndə heyəti dünəndən bəri Bakıdadır. Onun tərkibinə həmçinin Manfred Kuxt təşkilatının direktoru və Avropa Gimnastika Birliyinin Bədii Gimnastika üzrə texniki komitənin direktoru Hayd Brunedor daxildir.
Bu gün Avropa Çempionatının Təşkilati Komitəsi ilə ilk görüşlərini keçiriblər və bir çox texniki, eyni zamanda tədbirin nümayiş etdirilməsi məsələlərini müzakirə ediblər. Avropa Çempionatının əsas yayımlayıcısı Lider telekanalı seçilib.
Həmcinin çempionatın Azərbaycan Gimnastika Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları və Heydər Əliyev adına İdman və Konsert Kompleksinin rəhbərliyinin də daxil olacağı təşkilat komitəsinin ştatı nəzərdən keçirilib. Avropa Çempionatının təntənəli açılışı və bağlanması məsələləri də müzakirə olunub.
UEG nümayəndə heyəti bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüş keçirib ki, bu zaman qarşıdan gələn bədii gimnastika üzrə Avropa çempionatı müzakirə olunub. Qonaqlar həm də Avropa çempionatının üzvlərinin, hakimlərin, UEG rəhbərliyinin, beynəlxalq mətbuat nümayəndələrinin yerləşəcəyi otellərə baxıblar.
Sabah UEG nümayəndə heyəti Avropa Çempionatının keçiriləcəyi Heydər Əliyev adına İdman və Konsert Kompleksinə baş çəkəcək, orada ərazinin ekspertizası keçiriləcək.
Ş.Kazımzadənin sözlərinə görə, Avropa Gimnastika Birliyinin rəhbərliyi qeyd edib ki, keçən il Bakıdakı Dünya Çempionatı yüksək səviyyədə keçirilib və öz əminlikləriqni bildiriblər ki gələn il keçiriləcək Avropa Çempionatı daha yüksək səviyyədə keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Çempionatına ev yiyəsi olmağa razılığını bildirib.
"Seçimlər Ukrayna, İspaniya və Türkiyə kimi başqa namizədlərin olmasına baxmayaraq Azərbaycanın xeyrinə keçib. Ümid edirəm ki, Bakı Avropa gimnastikasının mərkəzi olacaq". Bunu Altay Həsənov deyib.
Ş.Kazımzadənin sözlərinə görə, Avropa Çempionatında iştirak edən dövlətlərin təxmini sayı 33-dür. Çempionatda gənclərlə (qrup çıxışları) bərabər yaşlı gimnastların da (individual çıxış) çıxışı olacaq.
Yarış üç gün ərzində keçiriləcək, lakin ilk nümayəndə heyətinin gəlişi artıq iyunun 24-dən başlayacaq.