...

Baş konsul: "Bakıda Sankt-Peterburq mədəniyyəti nümayiş etdiriləcək"

Siyasət Materials 14 Noyabr 2006 13:39 (UTC +04:00)

Noyabrın 28-30-da Bakı şəhərində "Sankt-Peterburq günləri" adlı üçgünlük mərasim keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov məlumat verib.

Qeyd edək ki, 2006-cı il Azərbaycanda Rusiya ili elan olunub. Bu çərçivədə Sankt-Peterburq şəhərinin administrasiyası tərəfindən Bakıda "Azərbaycanda Sankt-Peterburq şəhəri günləri" adlı mədəni tədbirlər keçiriləcək. Tədbirlə bağlı Sankt-Peterburq şəhəri administarsiyasının mədəniyyət məsələləri üzrə Komitəsinin sədri Nikolay Burovun başçılığı ilə geniş tərkibli nümayəndə heyəti Bakıya gələcək. Baş konsulun sözlərinə görə, Filarmoniyada, Opera və Balet Teatrında, kinoteatrlarda Sankt-Peterburq mədəniyyəti nümayiş etdiriləcək.

"Həmin günlər Azərbaycan Dövlət Filarmoniyasında, Opera və Balet Teatrında Marinski teatrının ifasında "Don Kixot"un tamaşası, balet qrupunun çıxışı və konsert, "Milli Peterburq" adlı fotosərgi, həmçinin Bakının kinoteatrlarında Sankt-Peterburqun "Lenflim" kinostudiyasının istehsal etdiyi "İtalyan" və "Uşaqlıq röyaları" filmləri nümayiş olunacaq"-deyə baş konsul məlumat verib.

Xəbər lenti

Xəbər lenti