...

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib

Siyasət Materials 14 Noyabr 2006 20:29 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, professor Anatoli Torkunovu qəbul edib. Trend AzTV telekanalına istinadən xəbər verir ki, dövlət başçısı vaxtilə təhsil aldığı və dərs dediyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul etməkdən məmnunluq duyduğunu bilidirib.

Prezidentin sözlərinə görə, A.Torkunovun Bakıya səfəri ölkələrimizin xarici işlər nazirlikləri, tədris ocaqları və müxtəlif təşkilatları, respublikamızda yeni yaranmış Diplomatik Akademiya ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

A.Torkunov Bakıya səfəri zamanı böyük inkişafın şahidi olduğunu, prezident İlham Əliyevi institutda həmişə məmnunluqla xatırladıqlarını bildirib. Onun sözlərinə görə, institutda 19 nəfərdən ibarət Fərxi Doktorlar Klubu yaradılıb. Onlardan biri də siyasi və dövlət xadimi kimi dünyada məşhur olan İlham Əliyevdir. Klubun üzvlərindən yalnız İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur.

A.Torkunov institutun Elmi Şurasının təsis etdiyi mükafatı - "Ali məktəbin inkişafında xidmətlərinə və diplomatik kadrların hazırlanmasına töhfələrə görə" medalını, eləcə də institutun Məzunlar Assosiasiyası İdarə Heyətinin mükafatını - "Elmi-siyasi və biznes fəaliyyətində yüksək nəticələr əldə etmiş insanlar üçün Qızıl Nişanı" prezident İlham Əliyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti