...

Gürcüstanın azərbaycandilli məktəbləri üçün müsabiqə elan olunur

Siyasət Materials 16 Noyabr 2006 14:02 (UTC +04:00)

Gürcüstanın Təhsil və Elm Nazirliyinin nəzdində olan "Maral Sıçrayışı" informasiya -texniki texnologiyalarının tətbiqinə yardım fondu və dövlət dili departamenti bir şerin Azərbaycan dilindən gürcü dilinə və gürcü dilindən Azərbaycan dilinə tərcüməsi üçün müsabiqə elan edib.

Trend in Tbilisidəki xüsusi müxbiri Təhsil və Elm Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə Gürcüstanın bütün məktəblərindən hər yaşda şagird iştirak edə bilər. Müsabiqə komissiyası azərbaycandilli şagirdlər üçün şair Valeh Hacıyevin bir şerini təqdim edir. Müsabiqə iştirakçıları Azərbaycan dilinə isə gürcü şairi Qalaktion Tabidzenin "Kari Kris" (Külək əsir) şerini tərcümə etməlidirlər. Şerin dillərdən birinə tərcümə edilməsinə görə müəyyən edilmiş hədiyyələr - kitab almaq üçün talonlar, rəqəmli texnika və kompüter üçün aksesuarlardır.

Xəbər lenti

Xəbər lenti