...

Qazaxstanın prezidenti Azərbaycanın ərazi bütövlüyü məsələsini dəstəkləməyə başlayıb

Siyasət Materials 18 Noyabr 2006 11:43 (UTC +04:00)
Qazaxstanın prezidenti  Azərbaycanın ərazi bütövlüyü məsələsini dəstəkləməyə başlayıb

Qazaxstanın prezidenti Nursultan Nazarbayev Azərbaycanın ərazi bütövlüyü məsələsini və Dağlıq Qrabağ konfliktinin sülh yollu ilə həllini dəstəkləməyə başlayıb. İTAR-TASS-a istinadən Trend xəbər verir ki, bu bəyanatla Antalyadakı türkdilli dövlətlərin 8-ci sammitində iştirak edən Qazaxstan prezidenti Nursultan Nazarbayev çıxış edib.

Qazaxıstan dövlət başçısı türkdilli ölkələrlə ticarət-iqtisadi, xüsusilə də, yükdaşıma və enerji daşıyıcılarının nəqli sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. "Bununla əlaqədar olaraq qazax neftinin Bakı-Tiflis-Ceyhan boru kəmərinə daxil olması vacibdir. Dünya iqtisadiyyatının xammala ehtiyacı artıb. Bu baxımdan Qazaxıstandan neft və qaz nəqli və bu sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir", - deyə N.Nazarbayev bildirib.

Prezidentin sözlərinə görə, Qazaxıstan regionun türkdilli ölkələrilə kosmik fəzada elmi tədqiqatlar sahəsində əməkdaşlığa hazırdır.

N.Nazarbayev bildirib: "Bu il bizim ölkə kosmosa ilk peykini buraxıb. 2008-ci ildə ikinci peyk buraxılması planlaşdırılır. Qazaxıstan və regionun ölkələri bu sferada birgə işləyə bilər".

Xəbər lenti

Xəbər lenti