...

Rusiya FMX-nin direktor müavini: Hər il Rusiya ərazisinə təxminən 900 min Azərbaycan vətəndaşı gəlir

Siyasət Materials 21 Noyabr 2006 14:09 (UTC +04:00)

"Miqrantların gəlmə sayına görə Azərbaycan Qafqaz ölkələri arasında birinci yerdədir - oradan ildə təxminən 900 min vətəndaş gəlir. Sonrakı yerləri Gürcüstan və Ermənistan tutur- təxminən 400-500 min vətəndaş. Onlar arasında qeyri-leqal miqrantların sayına görə, Azərbaycan və Gürcüstan vətəndaşları əsas yeri tutur". Bu barədə Trend in xüsusi müxbirinin sualına cavab verən Rusiya Federal Miqrasiya Xidmətinin direktor müavini Vyaçeslav Postavnin məlumat verib.

O qeyd edib ki, faiz baxımından leqal və qeyri-leqal şəkildə çalışan xarici vətəndaşlar arasında Gürcüstan sonuncu yeri tutur - təxminən 1%-dən az. O bildirib ki, hər il Rusiyaya təxminən 400 min Gürcüstan vətəndaşı gəlib, onlardan 5 mini iş üçün icazə alıb, gələn il viza ilə gələnlər üçün norma cəmi 308 min nəfər təşkil edir, ora Gürcüstan vətəndaşları da daxildir. "Yeri gəlmişkən, Azərbaycan da kifayət qədər çox xarici miqrant göndərir. Və belə aşağı faiz nisbəti ilə Azərbaycan Gürcüstandan sonra gəlir", - deyə RF FMX-nin direktor müavini bəyan edib.

Qeyri-leqal miqrantlar probleminə gəlincə, V.Postavnin qeyd edib ki, qeyri-leqal vətəndaşlar ən çox leqal vətəndaşların axınının olduğu yerdən gəlir: Tacikistan, Qırğızıstan, Özbəkistan, Moldova, Ukrayna RF ərazisinə başlıca miqrant tədarükçüləridir; onlardan sonrakı yerləri Çin, Türkiyə, ikiqat ara ilə - Vyetnam, Hindistan və bir sıra digər ölkələr tutur.

Xəbər lenti

Xəbər lenti