Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş assambleyasının sabahkı sessiyasında Gürcüstanı parlamentin vitse-spikeri Mixail Maçavariani təmsil edəcək. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Sessiyada iştirak çərçivəsində Gürcüstanın qanunvericilik orqanının vitse-spikeri həm QİƏT-in digər iştirakçı-ölkələrinin nümayəndə heyətlərinin üzvləri, həm də Azərbaycan tərəfi ilə bir sıra görüşlər keçirəcək.