...

Gəncədə "Avropa Şurası dəyərləri, fəaliyyəti və strukturu" mövzusunda seminar keçirilib

Siyasət Materials 21 Noyabr 2006 17:30 (UTC +04:00)

Bu gün Gəncədə Avropa Şurası dəyərləri, fəaliyyəti və strukturu mövzusunda seminar keçirilib. Trendin Qərb Bürosu xəbər verir ki, tədbirdə 30-a yaxın tələbə və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Avropa Şurası Bakı ofisinin Media və İnformasiya məsələləri üzrə müşaviri İlqar İbrahimovun Trendə verdiyi məlumata görə seminarın keçirilməsində məqsəd Avropa Şurası baradə gəncləri maarifləndirməkdir. "Biz tez-tez rastlaşırıq ki, Avropa Şurası ilə Avropa Birliyni səhv salırlar. Hətta belə hallara televiziya kanallarında və qəzetlərdə də rast gəlinir. Biz gələn ildən belə seminarları media nümayəndələri arasında da təşkil edəcəyik" - deyə İ. İbrahimov bildirib.

Seminarda həmçinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhtəliklər barədə müzakirələr aparıldı. Gəncləri maraqlandırılan suallara cavab verildi. Seminarın aparcılarından olan Yavər Şazbazov isə iştirakçılara Avropa İnsan Haqları Məhkəməsi barədə məlumat verdi. Avropa Şurası haqqında məlumatı özündə əks etdirən "Birlikdə" filmi də nümayiş olundu.

Xəbər lenti

Xəbər lenti