...

Mədəniyyət və Turizm Nazirliyi Gəncədə bədii qiraət müsabiqəsi keçirir

Siyasət Materials 21 Noyabr 2006 17:35 (UTC +04:00)

Bu gündən başlayaraq Gəncədə bədii qiraət müsabiqəsinə start verilib. Bu barədə məlumatı Trendə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova verib.

Onun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənclərə gözəl səhnə mədəniyyəti, təmiz nitq və digər bacarıqların aşılanmasıdır. Müsabiqənin qalibinə 500 YAM məbləğində pul mükafatı veriləcək. 2 və 3-cü yerləri tutanlara isə fəlqli pul mükafatları təqdim olunacaq. Bundan başqa 3 nəfərə həvəsləndirici diplomlar veriləcək.

M.Məlikovanın sözlərinə görə Mədəniyyət və Turiz Nazirliyinin təşəbbüsü ilə təşkil olunan bədii qiraət müsabiqəsi respublikamızda ilk dəfədir ki, keçirilir. Müsabiqəyə respublikanın müxtəlif bölgələrindən 100-dən çox iştirakçı qatılıb.

Münsiflər heyətinə isə Azərbaycanın xalq artistləri Nurəddin Quliyev, Laləzər Mustafayeva, əməkdar artistlər Azər Mirzəyev, Pərvanə Quliyeva, Mədəniyyə və Turizm Nazirliyinin nümayəndələri Mirsahib Mirzəyev, Hafiz Quliyev, Əzizağa Quliyev, Gəncə şəhər Mədəniyyə və Turizm İdarəsinin rəisi Mina Məlikova daxildir.

Nurəddin Quliyev müsabiqənin 3 turdan ibarət olacağını bildirdi. "Birinci tur seçim turudur. Sonrakı tur isə qaliblərin seçimidir. Son turda isə qaliblərin mübarizəsi olacaq".

Nəticələr müsabiqə bitikdən sonra Bakı şəhərində təşkil olunacaq tədbirdə məlum oalacaq.

Xəbər lenti

Xəbər lenti