...

Asəf Hacıyev: Rusiya etnik münaqişələri hər hansı bir formada dəstəkləyə bilməz

Siyasət Materials 22 Noyabr 2006 14:08 (UTC +04:00)

"Rusiya etnik münaqişələri hər hansı bir formada dəstəkləyə bilməz".

Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın QİƏT PA-dakı parlament nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi tərəfindən postsovet məkanında tanınmamış respublikaların yayılmış memorandumunu şərh edərkən bəyan edib.

A.Hacıyev qeyd edib ki, bu o demək deyil ki, Rusiya münaqişələri dəstəkləyir və bunların davam etməsini istəyir. "Mən rusiyalı deputatlarla danışıqlar aparmışam və onlar yekdilliklə bu münaqişələrin həllinin tərəfdarıdır", - deyə Azərbaycan parlamentinin nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, Rusiyanın etnik münaqişələri hansısa formada dəstəkləyə bilməsinə inanmır. Bu, Rusiya üçün problemdir və qonşu ölkələrdə belə münaqişələrin olması elə onun üçün də təhlükə yaradır.

Xatırladaq ki, postsovet məkanında tanınmamış respublikaların (Abxaziya, Dnestryanı və Cənubi Osetiya) XİN başçıları GUAM ölkələrinin dondurulmuş münaqişələrlə bağlı məsələ üzrə təşəbbüslərinin dəstəklənməməsi üçün BMT-nin daimi üzvlərinə müraciət edib. Memorandumda deyilir ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın təşəbbüsü ilə "GUAM ərazisində dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" ilə bağlı məsələ əlavə bənd kimi BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə daxil edilib. Tanınmamış respublikaların nümayəndələri BMT-nin daimi üzvlərinə müraciət edərək, onları həmin bəndin müzakirəsinin GUAM ölkələrinin tələb etdiyi ruhda aparılmasına imkan verməməyə çağırır. Bundan başqa, onlar bu müzakirələrdə tanınmamış Abxaziya, Cənubi Osetiya və Dnestryanı Moldova respublikaları nümayəndələrinin iştirakının təmin olunmasını da tələb edir.

Xəbər lenti

Xəbər lenti