...

Azərbaycanın hüquq müdafiəçiləri Xorvatiyaya gedir

Siyasət Materials 22 Noyabr 2006 16:51 (UTC +04:00)

Noyabrın 23-24-də Xorvatiyanın Zarqeb şəhərində "Diskriminasiya və antidiskriminasiya siyasəti" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanın hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Iətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov həmin ölkədə olacaq. Bu barədə Trend ə hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, konfransda Avropa, Asiya və Amerika ölkələrindən nümayəndələr iştirak edəcək. Sahib Məmmədov konfransda "Əlillərlə bağlı ayrı-seçkilik" mövzusunda məruzə ilə çıxış edəcək.

Noyabrın 25-26-da isə adıçəkilən hüquq müdafiəçiləri Norveç İnsan Hüquqları Evi Beynəlxalq Şəbəkəsinin növbəti illik toplantısında iştirak edəcəklər.

Qeyd edək ki, hər iki hüquq müdafiəçisi Norveç İnsan Hüquqları Evinin Bakı filiallarının təsisçisi olan təşkilatların rəhbərləridir.

Xəbər lenti

Xəbər lenti