...

Azərbaycan prezidenti sosial təminat və mədəniyyət işçilərinin əmək haqlarının artırılması haqqında sərəncamlar imzalayıb

Siyasət Materials 22 Noyabr 2006 20:39 (UTC +04:00)

Noyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən sosial təminat müəssisələri işçilərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə onların aylıq vəzifə (tarif) maaşlarının 2006-cı il dekabrın 1-dən orta hesabla 25 faiz artırılması haqqında sərəncam imzalayıb.

Trend AzTV-yə istinadən xəbər verir ki, prezident digər sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən mədəniyyət müəssisələri işçilərinin aylıq vəzifə (tarif) maaşlarını da 2006-cı il dekabrın 1-dən orta hesabla 25 faiz artırıb.

Xəbər lenti

Xəbər lenti