...

Azərbaycanla Əlcəzair arasında hüquqi yardım və əməkdaşlıq məsələləri üzrə əməkdaşlığa dair sənəd imzalanacaq

Siyasət Materials 24 Noyabr 2006 12:14 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanla Əlcəzair arasında hüquqi yardım və əməkdaşlıq məsələlərinə dair sənəd imzalanacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

"Azərbaycanla Əlcəzair arasında hüquqi yardım və əməkdaşlıq məsələlərinə dair sənədlər paketi artıq hazırdır. Sənədlərlə hər iki tərəf tanış olub və onlar razılaşdırılıb. Sənədlərin müzakirəsi ilə əlaqədar Əlcəzairin dövlət nümayəndələri Bakıda, Azərbaycanın dövlət nümayəndələri isə Əlcəzairdə olublar. Sənədlərin yalnız imzalanması mərhələsi qalıb. Yaxın vaxtlarda bu da baş tutacaq" - deyə Z.Qafarlı bildirib.

Z.Qafarlı sənədlərin imzalanması mərasiminin Əlcəzairdə, yaxud Bakıda keçiriləcəyinin hələlik dəqiqləşdirilmədiyini bildirib.

Qeyd edək ki, Əlcəzair Birləşmiş Ərəb Əmirliyindən sonra Azərbaycanla hüquqi sahədə əməkdaşlığa dair sənəd imzalayan ikinci ərəb ölkəsi olacaq. Birləşmiş Ərəb Əmirliyi ilə Azərbaycan arasında belə sənəd 20 noyabr 2006-cı il tarixdə Əbu--Dabidə imzalanıb.

Xəbər lenti

Xəbər lenti