...

Prokurorluq orqanına işə qəbulla əlaqədar 303 namizəd imtahan suallarını müsbət cavablandırıb

Siyasət Materials 27 Noyabr 2006 12:39 (UTC +04:00)

Noyabrın 25-də Azərbaycanın prokurorluq orqanına işə qəbulla əlaqədar keçirilən test imtahanı zamanı 545 namizəddən 303-ü sualları müsbət cavablandırıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Namizədlərə sual kitabçalarına daxil edilmiş 100 suala cavab vermək üçün 3 saat vaxt ayrılıb. Saat 13-də başa çatmış imtahanın nəticələri xüsusi kompüter avadanlığı vasitəsilə yerində yoxlanaraq dərhal namizədlərə və müşahidəçilərə elan edilib.

Test imtahanının nəticələrinə görə, 60 və daha artıq bal toplamış 303 namizəd müsabiqənin növbəti söhbət mərhələsinə vəsiqə qazanıb. İmtahan prosesində heç bir pozuntu qeydə alınmayıb, imtahan prosesi müşahidəçilərin rəylərinə görə şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Xəbər lenti

Xəbər lenti