...

Milli Məclisin Aqrar Siyasət Daimi Komissiyasının iclası keçirilib

Siyasət Materials 27 Noyabr 2006 18:19 (UTC +04:00)

Noyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Daimi Komissiyasının iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidməti məlumat verib.

Iclasda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və "Baytarlıq təbabəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 17 iyun tarixli 826 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi"nə baxılıb.

Aqrar siyasət daimi komissiyasının sədri Eldar Ibrahimov yeni layihədə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Məhdud məsuliyyətli müəssisələr haqqında" qanunun qüvvədən düşmüş hesab edilməsi barədə" qanunun III hissəsinin qüvvədə olan redaksiyasına və "Baytarlıq təbabəti haqqında" qanunun qüvvəyə minməsi barədə" Milli Məclisin 1994-cü il 17 iyun tarixli 826 nömrəli Qərarının qövvədə olan redaksiyasına təklif edilən dəyişiklikləri şərh edib.

Iclasda müzakirə olunan qanun layihəsinin Milli Məclisə təqdim olunması tövsiyyə edilib.

Xəbər lenti

Xəbər lenti