...

Elçin Quliyev: Yaxın 10 gün ərzində Xudat şəhərində sərhədçilər üçün nəzərdə tutulmuş yaşayış massivinin açılışı olacaq

Siyasət Materials 28 Noyabr 2006 14:42 (UTC +04:00)

Yaxın 10 gün ərzində Xudat şəhərində sərhədçilər üçün nəzərdə tutulmuş yaşayış massivinin açılışı olacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev məlumat verib.

"Prezident İlham Əliyevin 2006-2010-cu illərdə dövlət sərhədinin mühafizəsinin texniki inkişafının yüksəldilməsi ilə əlaqədar imzaladığı proqrama uyğun olaraq zabitlərimizn məişət şəraitinin yaxşılaşdırılması üçün yaşayış massivləri inşa edilir. Artıq belə massivlərdən biri Xudat şəhərində hazır vəziyyətdədir və açılışının keçirilməsi planlaşdırılıb" - deyə E.Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin yaxın miüddət ərzində 70-dən artıq məntəqəsinin açılışı gözlənilir. "Bunlar sərhəd zastavaları, sərhəd komendantlıqları, sərhəd dəstələri, xüsusi hərbi hissələr, aviasiya, sahil mühafizəsinə aid sərhəd məntəqələri və xüsusi məntəqələrdir" - deyə E.Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti