...

V.Ruşaylo: "MDB İcraiyyə Komitəsi Gürcüstan tərəfindən Birlikdən çıxmaq haqqında rəsmi sənəd almayıb"

Siyasət Materials 28 Noyabr 2006 19:54 (UTC +04:00)
V.Ruşaylo: "MDB İcraiyyə Komitəsi  Gürcüstan tərəfindən  Birlikdən çıxmaq haqqında rəsmi sənəd almayıb"

MDB İcraiyyə Komitəsi Gürcüstan tərəfindən Birlikdən çıxmaq haqqında heç bir sənəd almayıb. Trend BELTA-ya istinadən məlumat verir ki, bu haqda bu gün jurnalistlərəin suallarına cavab verən İcraiyyə Komitəsinin sədri -MDB-nin İcraçı katibi Vladimir Ruşaylo bildirib.

Onun sözlərinə görə, belə söhbətlər əvvəllər də, son 8-10 illər ərzində də olub. Bununla yanaşı Vladimir Ruşaylo əlavə edib ki, vəzifəli şəxslərin və siyasətçilərin bu məsələ ilə bağlı ayrı-ayrı mülahizələrini şərh etmək istəmir.

Bu gün MDB-nin Minskdəki sammitində sədrlik edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev vurğulayıb ki, gündəlik üzrə diskussiyalarda iştirak edən bütün prezidentlər müzakirə olunan məsələlər üzrə çıxış edib. MDB-nin görüşlər üçün lazimi meydan olduğu vurğulanıb. Nursultan Nazarbayev əlavə edib: "MDB heç kimə mane olmur. Digər məsələ effektivlikdir ki, bunu da biz müzakirə etmişik".

Xəbər lenti

Xəbər lenti