...

Şamaxı ilə İqdırın "Qardaşlaşmış şəhərlər" olması barədə protokol imzalanıb

Siyasət Materials 30 Noyabr 2006 16:23 (UTC +04:00)

Noyabrın 30-da Şamaxı ilə İqdırın "Qardaşlaşmış şəhərlər" olması barədə protokol imzalanıb. Trend xəbər verir ki, protokol Şamaxı Rayon İcra Hakimiyyətinin binasının konfrans zalında imzalanıb. Protokolu bir tərəfdən Şamaxının İcra hakimiyyəinin başçısı Nazim İsmaylov və bələdiyyə sədri Mirvət Zeynalov, digər tərəfdən isə İqdırın İcra hakimiyyətinin başçısı (vali) Saim Saffet Karahisarlı və İqdırın bələdiyyə sədri Nurəddin Aras imzalayıb.

İmzalanma mərasimində çıxış edən Şamax rayon icra başçısı N.İsmaylov bildirib ki, bu protokol Şamaxı ilə İqdır arasında bütün sahələrdə münasibətlərin genişlənməsinə xidmət göstərəcək. "Şamaxıda hər zaman Türkiyə iş adamlarına şərait yaradılıb və hazırda iş adamları bu rayonda işgüzar fəaliyyətlərini sərbəst davam etdirirlər. Mən inanıram ki, bu gün imzalanmış bu protokola əsasən həm İqdır, həm də Şamaxı qarşılıqlı olaraq bir-birinin ictimai və iqtisadi həyatlarında mühüm rol oynayacaqlar", - deyə o bildirib.

İqdır valisi və bələdiyyə sədri də bu protokolun imzalanmasından fərəh hissi keçirdiklərini qeyd ediblər. Hər iki şəhərin hakimiyyət orqanları başçıları bir-birini rəhbərlik edib, şəhərlərin tarixi, ictimai-siyasi həyatı barədə məlumat veriblr.

Xəbər lenti

Xəbər lenti