...

İran Azərbaycana və Gürcüstana qaz ixrac etmək imkanına malikdir

Siyasət Materials 1 Dekabr 2006 13:50 (UTC +04:00)
İran Azərbaycana və Gürcüstana qaz ixrac etmək imkanına malikdir

Gürcüstan tərəfi öz ehtiyaclarının təmin edilməsi üçün qaz idxalı məsələsi ilə bağlı bir neçə dəfə İrana müraciət edib. "Keçən il Azərbaycan ərazisi vasitəsilə biz Gürcüstana qaz tədarük edirdik. Lakin Azərbaycan da İrandan qaz istəyir. Burda isə İranın imkanlarını nəzərə almaq lazımdır. Qaz tədarükünün qiyməti və texniki məsələlər hələ müzakirə ediləcək" - deyə İranın ölkəmizdəki səfiri Əfşar Süleymani bu gün jurnalistlərə bildirib. Bu barədə Trend məlumat verir.

Azərbaycan İrandan 1 mlrd. m3 qaz alacağını istisna etmir. Ölkələr arasında Bakı-Astara-Bind-Biənd boru kəməri mövcuddur.

"İranın yalnız Gürcüstana deyil, Azərbaycana da qaz ixrac etmək imkanı var. Lakin bu məsələ hələ müzakirə edilməlidir" - səfir bildirib.

O bildirib ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun İrana səfəri zamanı gələcək işlər barədə protokol imzalanıb. "Azərbaycan tərəfinin öz fikrini bildirməsi üçün İran tərəfi bir neçə səhifədən ibarət mətn təqdim etib. Qazın qiyməti hələ müzakirə ediləcək" - deyə o fikrini tamalayıb.

Xəbər lenti

Xəbər lenti