...

Ziyad Səmədzadə: "2007-ci ilə dair dövlət büdcəsi Azərbaycanın maraqlarına cavab verən bir sənəddir"

Siyasət Materials 1 Dekabr 2006 17:27 (UTC +04:00)
Ziyad Səmədzadə: "2007-ci ilə dair dövlət büdcəsi Azərbaycanın maraqlarına cavab verən bir sənəddir"

"2007-ci ilə dair dövlət büdcəsi Azərbaycan dövlətinin maraqlarına cavab verən bir sənəddir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

O, dövlət büdcəsində vəsaitlərin yayınması halları barədə sualı cavablandırarkən deyib ki, bununla əlaqədar tam obyektiv araşdırmalar aparılıb: "Araşdırmaların nəticələri barədə məlumat verdik ki, belə məlumatların heç bir elmi, metodoloji əsası yoxdur. Mətbuatda çap olunmuş yazıda da rəqəmlər düzgün deyildi. Yanacaq-energetika balansının strukturu var, istehsal olunan enerji ilə xaricə satılan enerjinin məbləği hökumət tərəfindən müəyyən edilib. Mən tam məsuliyyətlə deyə bilərəm ki, araşdırmalar var, lazım olarsa, onları davam etdirə bilərik"- Ziyad Səmədzadə qeyd edib.

O xatırladıb ki, Hesablama Palatasının rəhbəri Milli Məclisdə çıxışında söylədiyi rəqəmlərin bir nəfərin fikri olduğunu, buna görə Palatanın məsuliyyət daşımadığını deyib: "2007-ci ilin büdcəsinə dair hesabat təqdim olunmuşdu və biz də buna münasibətimizi bildirdik. Ola bilsin ki, rəqəmlər düz gəlməsin, amma bunu şişirtmək lazım deyil. 2007-ci ilə dair dövlət büdcəsi dövlətin maraqlarına cavab verən bir büdcədir".

Xəbər lenti

Xəbər lenti