...

Nazir müavini: Azərbaycanın Nəqliyyat Nazirliyi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi konsepsiyasını hazırlayır

Siyasət Materials 1 Dekabr 2006 18:23 (UTC +04:00)
Nazir müavini: Azərbaycanın Nəqliyyat Nazirliyi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi konsepsiyasını hazırlayır

Hazırda Azərbaycan Nəqliyyat Nazirliyi ölkənin bütün dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinin ümumi konsepsiyasını hazırlayır. Bu barədə Trend xəbər verir.

Bu gün Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovun jurnalistlərə verdiyi xəbərə görə, indi Azərbaycan hökümətinə bu məsələ üzrə Dünya Bankından təkliflər daxil olub, həmçinin AİB, Yaponiyanın JBIC bankından daxil olan təkliflər də nəzərdən keçirilir. Yaponiya bankı layihəsinin hazırlanmasına vəsait təqdim etmək və onun reallaşdırılmasının maliyyələşdirilməsini təmin etmək istədiyini bildirib.

Azərbaycan dəmir yolunun ümumi uzunluğu 2250 km-dir. Azərbaycan ərazisinin 1 min kv. metrinə 24,6 km dəmir yolu xətti düşür.

Onun sözlərinə görə, konsepsiyaların hazırlanması 6 ay çəkəcək, lakin ilk ayrıca layihələr artıq 2007-ci ilin I yarısında hazırlana bilər.

Xəbər lenti

Xəbər lenti