...

Azərbaycan və Rusiya arasında münasibətlər əməkdaşlığın yeni səviyyəsinə keçir

Siyasət Materials 4 Dekabr 2006 17:46 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında münasibətlər əməkdaşlığın yeni səviyyəsinə keçir

Hazırda Azərbaycan və Rusiya arasında münasibətlər əməkdaşlığın yeni səviyyəsinə keçir. Trend xəbər verir ki, bu barədə dekabrın 4-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Rusiyanın baş naziri Mixail Fradkov məlumat verib.

O bildirib ki, əvvəllər yüksək səviyyədə əldə olunmuş razılaşmalar yerinə yetirilir, ölkələr arasındakı münasibətlər qənaətbəxşdir, ticari-iqtisadi əməkdaşlıq uğurla və dinamik şəkildə inkişaf edir, bu isə ölkələr arasında münasibətlərin gələcəkdə də inkişaf etməsinə səbəb olur.

Azərbaycanda Rusiya İlinin və daha əvvəl Rusiyada Azərbaycan İlinin başa çatmasından danışan baş nazir bildirib ki, onlar bir-birini tamamlayır. Bu zaman M.Fradkov vurğulayıb ki, humanitar sahədə münasibətlərin inkişaf etməsi zəruridir. Bununla bağlı Bakıda müvafiq sənəd imzalanıb. Rusiyanın hökümət başçısı bildirib ki, Rusiya Azərbaycanla əlaqələrini neft və qaz sahəsi ilə məhdudlaşdırmadan inkişaf etdirmək istəyir və əlavə edib ki, əməkdaşlığın əsas məsələləri Azərbaycanın baş naziri Artur Rəsizadə ilə müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti