...

Məhşur rus tarixçi-qafqazşünası Rudolf İvanov Hüseyn xan Naxçıvanlı barədə kitabının təqdimetmə mərasimində iştiraketmək üçün Bakıda olub

Siyasət Materials 4 Dekabr 2006 21:13 (UTC +04:00)
Məhşur rus tarixçi-qafqazşünası Rudolf İvanov Hüseyn xan Naxçıvanlı barədə kitabının təqdimetmə mərasimində iştiraketmək üçün Bakıda olub

Dekabrın 4-də məhşur rus tarixçi-qafqazşünası, Rusiya yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, professor Rudolf İvanov Heydər Əliyev Fondunun dəvəti ilə Bakıda olub.

R. İvanov Trend ə verdiyi eksklüziv xəbərdə deyib ki, səfər "General-adyutant həzrətləri Hüseyn xan Naxçıvanlı barədə rəvayət" adlı yeni işinin təqdimetmə mərasimində iştirak etmək məqsədi daşıyır. Onun sözlərinə görə, kitab Moskvada "Krasnıy proletariy" nəşriyyatında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyilə çap olunub. R.İvanovun sözlərinə görə, əsər Rusiya və Azərbaycanın hərbi tarixi arxivi əsasında yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. R.İvanov həmçinin qeyd edib ki, Azərbaycan arxivlərində növbəti işi - məhşur Azərbaycan hərbi rəhbəri, 5-ci sovet generalı, Hüseyn xanın qardaşı oğlu Cəmşid Naxçıvanski haqqında kitabı üçün tədqiqatlar aparmaq niyyətindədir. Bu məqsədlə Moskva arxivlərindən materiallar tolplanıb və işin demək olar ki, 90%-i hazırdır.

Professor R.İvanov Rusiya imperiyası və Qafqaz tarixinə dair 23 kitabın və 200-dən artıq məqalənin müəllifidir. Yayın əvvəllərində R. İvanov "Bəyazidin müdafiəsi - həqiqət və yalan" kitabının təqdimetmə mərasimi münasibətilə artıq bir dəfə Azərbaycana gəlib.

Xəbər lenti

Xəbər lenti