...

Millət vəkilləri cəbhə bölgəsinə yola düşüblər

Siyasət Materials 6 Dekabr 2006 12:28 (UTC +04:00)

Milli Məclisin bir qrup deputatı dekabrın 6-da səhər cəbhə bölgəsinə yola düşüblər. Trend in deputatları müşayiət edən müxbiri xəbər verir ki, cəbhə bölgəsinə yola düşən deputat qrupunun heyətinə millət vəkilləri Elmira Axundova, Lalə Abbasova, Vahid Əhmədov, Fəzail Ağamalı, Tahir Rzayev və Aydın Həsənov daxildir.

Səfərdə məqsəd cəbhə bölgəsində yerləşən hərbi hissələrə baş çəkmə, zabit və əsgər heyətinin vəziyyəti ilə yerindəcə tanış olmaqdır. Millət vəkilləri səfər çərçivəsində zabit və əsgərlərlə görüşəcək, Bərdə rayonunda yerləşən ordu korpusunun mərkəzi qərargahına və cəbhə xəttində yerləşən hərbi hissələrə baş çəkəçəklər.

Səfər çərçivəsində millət vəkillərini bir qrup jurnalist müşayiət edir.

Xəbər lenti

Xəbər lenti