...

Gəncədə ev quşları tələf olur

Siyasət Materials 6 Dekabr 2006 12:40 (UTC +04:00)

Gəncənin ev quşları kütləvi şəkildə məhv olmağa başlayıb. Bu barədə məlumatı Trend ə Yeni Gəncə qəsəbəsinin sakinləri verib. Onların məlumatına görə, bir neçə gündür ki, qəsəbə ərazisində ev quşları kütləvi şəkildə məhv olmağa başlayıb.

Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasov bildirib ki, quşların məhv olması elə də qorxulu deyil. "Sadəcə olaraq sakinlər vaxtında ev quşları saxladıqları barədə şəhər Baytarlıq İdarəsinə məlumat verməyiblər. İdarə tez-tez ev quşlarında vaksinasiya aparır ki, bu da bir sıra xəstəliklərin qarşısını alır. Gəncədə məhv olan ev quşları vaksinasiya olunmayanlardır. Onlarda nyukasl və kalebakterioz xəstəliklərinə tutularaq məhv olurlar" - deyə H. Abbasov bildirib.

Müsahibin sözlərinə görə, şəhər Baytarlıq İdarəsi xəstəlik yayılan ərazilərdə dezinfeksiya işləri aparacaq.

Xəbər lenti

Xəbər lenti