...

Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan növbəti sədrini Dağlıq Qarabağ prosesinin mahiyyəti haqqında məlumatlandıracaqlar

Siyasət Materials 6 Dekabr 2006 13:07 (UTC +04:00)
Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan növbəti sədrini Dağlıq Qarabağ prosesinin mahiyyəti haqqında məlumatlandıracaqlar

ATƏT Minsk qrupunun (MQ) həmsədrləri ATƏT-in fəaliyyətdə olan növbəti sədri - İspaniyanın XİN başçısına vəziyyət haqqında məlumat vermək üçün Madridə səfər etmək niyyətindədirlər. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Zerkalo" qəzetinə verdiyi müsahibəsində Brüsseldə MQ həmsədrləri ilə görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, müzakirələr zamanı Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünü keçirmək təklifi irəli sürülüb. Amma hələ görüşün hansı formatda keçiriləcəyinə qərar verilməyib. Brüsseldə Ermənistanın XİN başçısı V.Oskanyanla görüşün baş tutmamasının səbəblərini izah edən nazir bildirib ki, erməni həmkarı ilə görüş əvvəl Minskdə baş tutub: "Erməni tərəfi danışıqların hansı istiqamətdə hərəkət edəcəyini qəti olaraq müəyyən etmək məqsədilə vəziyyəti dərk etmək üçün vaxt istəyib. Mən belə başa düşürəm ki, cavab olmayanadək görüş də olmayacaq".

E.Məmmədyarov bildirib ki, tərəflərin öz mövqelərini razılaşdıra bilmədikləri getdikcə daha az bənd qalır və bu kontekstdə "biz perspektiv məqsəd - ərazilərin azad olunması, qaçqınların qaytarılması məqsədilə irəliləməyə məcbur olan danışığı aparanın üzərinə düşən məsuliyyəti anlayırıq". O, danışıqlarda iki "fərziyyə"nin olmasını bildirib. Onlar eyni zamanda "danışıqları ləngidən məsələ deyil". Bu, Dağlıq Qarabağın statusu haqqında referendumun müddətidir, erməni tərəfi 5 ilin olmasına təkid edir, biz isə referendumun 15 ildən sonra keçirilməsinə razıyıq. Və ikincisi - Laçın rayonunun Azərbaycana qaytarılması məsələsidir.

E.Məmmədyarov RF XİN başçısı Sergey Lavrovun bəyanatını şərh edib. O, ATƏT MQ həmsədri adından İlham Əliyev və Robert Koçaryana müraciət edib ki, onlar Dağlıq Qarabağın nizamlanmasının baza prinsiplərini razılaşdırsınlar. "Mən bu bəyanata yalnız müsbət yanaşıram. Danışıqlar prosesinin hazırki mərhələsində beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə daha çox cəlb etmək lazımdır. Bizim son iki il ərzində cəlb etdiyimiz diqqət aydındır. İlk dəfə NATO-nun Riqadakı sammitində bu təşkilatın üzv-ölkələri öz mövqelərini dəqiq müəyyən etdilər və onun bazasında Cənubi Qafqaz və Moldovadakı münaqişələr nizamlanmalıdır. Yəni NATO-nun bütün ölkələri ərazi bütövlüyü prinsipini və Cənubi Qafqaz ölkələri və Moldovanın suverenliyini dəstəkləyirlər. Və bu, münaqişələrin nizamlanması formatının dəqiq sərhədini verir. Mən düşünürəm ki, NATO ölkələrindən başqa, Avropa Şurasında qəbul olunan qətnamə, eləcə də Avropa Birliyi ilə ikitərəfli sənədlər yeni fəaliyyət planını müəyyən edir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti