...

Türkiyənin Jandarm Qüvvələri baş komandanı: Azərbaycanın Daxili Qoşunlarında döyüş hazırlığı və təchizat yüksək səviyyəyə qaldırılıb

Siyasət Materials 6 Dekabr 2006 13:41 (UTC +04:00)

Azərbaycanın Daxili Qoşunlarında əsgərlərin döyüş hazırlığı və silah təchizatı yüksək səviyyəyə qaldırılıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə dekabrın 6-da Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsində keçirilmiş brifinqdə Bakıda səfərdə olan Türkiyənin Jandarm Qüvvələri baş komandanı İşık Qoşanər məlumat verib.

"Azərbaycanın daxili işləri cənab Ramil Usubovun dəvəti ilə Azərbaycanda qısa ziyarətdəyik. Bu ziyarət çərçivəsində Daxili Qoşunların hərbi hissələrində olacağıq və hər hansı çatışmazlıq mövcuddursa, birgə səylərimiz nəticəsində onların aradan qaldırılmasına çalışacağıq. Mən fərəh hissi keçirirəm ki, Türkiyənin Jandarm Qüvvələri Azərbaycanın Daxili Qoşunları ilə sıx əməkdaşlıq edir. Ümid edirəm ki, Bakıya ilk rəsmi səfərim bizim əməkdaşlığımızı daha da yaxınlaşdıracaq" - deyə İ.Qoşanər bildirib.

Qoşanər həmçinin qeyd edib ki, Azəraycanın Daxili Qoşunları qısa müddət ərzində hərtərəfli inkişaf edib.

Xəbər lenti

Xəbər lenti