...

Azərbaycan Prezidenti xalq artisti Tamilla Şirəliyevanı "Şöhrət" ordeni ilə təltif edib

Siyasət Materials 7 Dekabr 2006 16:43 (UTC +04:00)

Dekabrın 7-də Azərbaycanın Prezidenti İlham Əliyev xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə görə xalq artisti Tamilla Xudadat qızı Şirəliyevanı "Şöhrət" ordeni ilə təltif edib. Bu barədə Trend ə Azərbaycan Respublikasının Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.

Prezident Tamilla Şirəliyevanın yubileyi münasibətilə ona təbrik məktubu da ünvanlayıb. İ.Əliyev təbrik məktubunda T.Şirəliyevaya Azərbaycanda balet məktəbinin inkişafına sanballı töhfələr verən sənətkarlardan olduğunu bildirib.

"Azərbaycan səhnəsində yaratdığınız rəngarəng obrazlar parlaq ifa tərzi və peşəkarlıq səviyyəsi ilə səciyyələnən əsil sənət inciləridir. Zəngin yaradıcılıq imkanlarınız Sizə klassik repertuarın ən mürəkkəb surətlərini ustalıqla canlandırmaq imkanı vermişdir. Siz dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətini layiqincə təmsil etmisiniz" - məktubda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti