...

Dünya bankı Azərbaycanla 1,26 mlrd. dollar borc ayrılması barədə yeni əməkdaşlıq strategiyasını təsdiq edib

Siyasət Materials 8 Dekabr 2006 11:01 (UTC +04:00)
Dünya bankı Azərbaycanla 1,26 mlrd. dollar borc ayrılması barədə yeni əməkdaşlıq strategiyasını təsdiq edib

Trend-i buradan izləyin

İTAR-TASS-a istinadən Trend məlumat verir ki, Dünya bankının Direktorlar Şurası cümə axşamı Azərbaycanla yeni əməkdaşlıq strategiyasını təsdiq edib.

DB mətbuat xidməti tərəfindən mətbuat üçün aıçqlanmış məlumata əsasən bə əməkdaşlıq 2007-2010-cu illər üçün planlaşdırılıb və ümumi olaraq Bakıya 1,26 mlrd. dollar həcmində borc verilməsi imkanı nəzərdə tutulub.

Burda bankın əsas bölmələri iştirak etməlidir, güzəştli kreditlər təqdim edilməsi sahəsində ixtisaslaşmış Beynəlxalq İnkişaf Assosiasiyası və özəl biznesin inkişaf etdirməsi məqsədilə investisiya layihələri həyata keçiriən Beynəlxalq Maliyyə Korporasiyası daxil olmaqla.

Dünya bankının Azərbaycan, Ermənistan və Gürcüstan üzrə proqramının kuratoru Donna Dousett-Koyrolo qəbul olunmuş qərarı elan edərkən vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı ona "orta səviyyədə gəlirli ölkə statusu"na doğru irəliləməyə imkan verən "faydalı qazıntılar bazasında mühüm an"ını yaşayır.

Xəbər lenti

Xəbər lenti