...

Cari ildə Naxçıvan MR-də 3604 kiçik müəssisə və obyekt özəlləşdirilib

Siyasət Materials 8 Dekabr 2006 13:42 (UTC +04:00)

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi istiqamətində təsdiq olunmuş dövlət proqramına uyğun olaraq Naxçıvan MR ərazisində bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, dekabrın ilk gününə olan məlumatda cari ildə Naxçıvan MR-də 3604 kiçik müəssisə və obyektin özəlləşdirildiyi bildirilir.

Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən Trend ə bildiriblər ki, bu ilin müvafiq dövründə orta və iri müəssisələrin özəlləşdirilməsi üzrə 54 dövlət müəssisəsi səhmdar cəmiyyətlərə çevrilib. Onlardan 20 səhmdar cəmiyyətin səhmləri 100%, 21-nin səhmləri 70% özəlləşdirilib, 13 dövlət müəssisəsi isə səhmdar cəmiyyətə çevrilib.

Xəbər lenti

Xəbər lenti