...

Səfir: Almaniyada siyasi sığınacaq almaq istəyən Azərbaycan vətəndaşlarının əksəriyyəti ermənidir

Siyasət Materials 8 Dekabr 2006 18:07 (UTC +04:00)
Səfir: Almaniyada siyasi sığınacaq almaq istəyən Azərbaycan vətəndaşlarının əksəriyyəti ermənidir

Hazırda Almaniya Federativ Respublikasında sığınacaq tapan Azərbaycan vətəndaşlarının əksəriyyəti milliyyətçə erməni olan şəxslərdir. Trend in məlumatına görə bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətlt səfiri Per Kristofer Stankina jurnalistlərlə söhbəti zamanı bildirib.

Səfirin sözlərinə görə, hazırda Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının sayı 6500 nəfərdir və onlar Almaniyada siyasi sığınacaq almaq üçün müraciət ediblər. Diplomat vurğulayıb ki, müraciət etmələrinə baxmayaraq Azərbaycan vətəndaşlarına siyasi sığınacaq verilməyib.

"6500 nəfər Azərbaycan vətəndaşının Almaniyada məskunlaşması Azərbaycan kimi kiçik ölkə üçün böyük rəqəmdir. Biz bu məsələni araşdırdıqdan sonra məlum oldu ki, həmin şəxslərin əksəriyyəti milliyyətçə azərbaycanlı deyil, ermənidir. Almaniya hökuməti bu məsələni daha dərindən araşdırdıqdan sonra belə qənaətə gəlinib ki, Azərbaycanda vətəndaşlıqla bağlı hüquqi vəziyyət çox mürəkkəb xarakter daşıyır".

Səfirin sözlərinə görə, həmin insanlar könüllü şəkildə və böyük həvəslə Almaniyada qalmaq istəyirlər. "Onlar bizim işimizi daha da çətinləşdirirlər. Çünki araşdırma aparan zaman deyirlər ki, biz azərbaycanlıyıq. Əsl həqiqət isə ondan ibiarətdir ki, onlar azərbaycanlı deyillər".

Xəbər lenti

Xəbər lenti