...

Səfa Mirzəyev: Müsavat Partiyasının MSK-dakı yeri boş saxlanılacaq

Siyasət Materials 9 Dekabr 2006 12:56 (UTC +04:00)

Azərbaycan Respulbikası Mərkəzi Seçki Komissiyasının tam şəkildə formalaşdırılması məsələsi yaxın günlərdə Milli Məclisdə müzakirə olunacaq. Bu bərədə Trend ə eküzkiliv olaraq Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

S.Mirzəyev xatırladıb ki, artıq Ümid, Vətəndaş Həmrəyliyi və Ədalət partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil olunacaq nümayəndələrini irəli sürüblər.

"Bir yeri isə boş saxlayacağıq. Ola bilər ki, Müsavat Partiyası fikrini dəyişdi və öz nümayəndəsini təqdim elədi."

Milli Məclis Aparatının rəhbəri Bakı şəhərinin mərkəzi yerlərində mitinqlərin keçirilməsinə icazə verilməməsi ilə bağlı bəzi müxalifət partiyalarının ittihamlarına da münasibət bildirib. S.Mirzəyev qeyd edib ki, bunun obyektiv səbəbələri var. "Bunun səbəbləri müxalifətə izah olunub. Hazırda şəhərin müxtəlif yerlərində körpü tikintisi aparılır. Əgər şəhərin mərkəzində mitiqlərin keçirilməsinə icazə verilsə, avtomobillərin hərəkətində ciddi problemlər yaranar. Müxalifətin aksiya keçirməsi üçün yerlər ayrılıb."

Xəbər lenti

Xəbər lenti