Polşanın xarici işlər naziri Anna Fotıqın Azərbaycana rəsmi səfəri gələn ilin mart-aprel aylarına planlaşdırılıb. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Voytsex Quretskiy məlumat verib.
Əvvəlcə səfər bu ilin oktyabr ayı üçün planlaşdırılmışdı, lakin XİN başçısının iş qrafikinin gərgin olması səbəbindən səfər gələn ilə keçirilmişdi. Bu, Polşanın xarici siyasət idarəsi başçısının Azərbaycana ilk səfəri olacaq.
Xatırladaq ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.