...

Asim Mollazadə Ağ Evdə, ABŞ Konqresində və Senatında görüşlər keçirib

Siyasət Materials 14 Dekabr 2006 13:55 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə ABŞ səfəri çərçivəsində dövlət katibinin müavini Dan Fridlə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Azərbaycandakı və regiondakı hazırki situasiya müzakirə olunub.
Asim Mollazadə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə idarəsinin direktoru Metyu Palmerlə də görüşüb. Bu görüşdə Cənubi Qafqaz regionundakı vəziyyət, təhlükəsizlik və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə predmeti olub.

DİP sədri Con Hopkins Universitetinin Mərkəzi Asiya Araşdırmaları Mərkəzində Azərbaycan və bölgədəki situasiyaya dair çıxış edib. Bu tədbirə bir sıra səfirliklərin, analitik araşdırma mərkəzlərinin və müxtəlif hökumət təşkilatlarının təmsilçiləri qatılıblar. Asim Mollazadə ABŞ Senatında və Konqresin Nümayəndələr Palatasında da önəmli görüşlər keçirib.

Asim Mollazadənin ABŞ səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti