...

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası yaradıldı

Siyasət Materials 15 Dekabr 2006 14:13 (UTC +04:00)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının təsis konfransı keçirilib. Trend in məlumatına görə, konfransda Naxçıvan Qəsəbə Bələdiyyələri Milli Assosiasçiyasından və Azərbaycanın 138 bələdiyyəsindən 141 nəfər nümayəndə iştirak edib.

Qeyd edək ki, təşkilatın yaradılmasının əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına, ortaya çıxan problemlərin birgə həllinə yardımçı olmaqla Azərbaycanda yerli özünüidarənin hərtərəfli ikişafına nail olmaqdır.

Tədbirə 11 nəfərlik İdarə heyəti və 5 nəfərlik Nəzarət Təftiş Komissiyası seçilib. Biləcəri bələdiyyənin sədri İlham Xəlilov Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib. Tədbirdə təşkilatın Nizamnaməsi də təsdiq edilib. Könüllülük prinsipi ilə yaradılan təşkilata üzvlük məsələsi də konfransda müzakirə mövzusu olub. Qərara alınıb ki, əhalisinin sayı 20 min nəfərədək olan bələdiyyələr ay ərzində 80 manat, 20 min nəfərdən çox olanlar isə 100 manat üzvlük haqqı ödəməlidir. Sonuncu məsələ tədbir iştirakçıları arasında fikir ayrılığına səbəb olsa da, sonda bu məbləğin ilkin dövr üçün nəzərdə tutulduğu bildirilidi və qəbul edildi.

Tədbirdə Prezidentin İcra Aparatının bələdiyyələrlə iş üzrə sektorun müdiri Ramiq Həşimov, Norveç səfirliyinin və bir sıra QHT nümayəndələrinin təmsilçiləri iştirak edib. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının təsis konfransı keçirilib. Yaxın günlərdə layihənin üçüncü mərəhələsi sayılan Azərbaycan Kənd Bələdiyyələri Mili Assosiasiyasının da təsis kofransının keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti