...

Dövlət Statistika Komitəsinin başçısı: Azərbaycanda ÜDM-in 40%-nin istehsalını gənclər həyata keçirir

Siyasət Materials 15 Dekabr 2006 14:49 (UTC +04:00)

Azərbaycanda ÜDM-in demək olar ki, yarısı - 40%-i gənclər tərəfindən istehsalın payına düşür. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev Azərbaycanın iqtisadi inkişafında gənclərin rolu haqqında konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ölkə əhalisinin 1/3 hissəsi gənclərdən ibarətdir. Statistikaya əsasən, 2005-ci ildə Azərbaycanda 141 900 uşaq doğulub. Onlardan 129 304-ü gənc ailələrdə, 29 000 uşaq isə nigahda olmayan qadınlarda doğulub. Ötən il Azərbaycanda cəmi 71600 nigah qeydə alınıb və bunun 60%-ni gənclər təşkil edir.

Dövlət Statistika Komitəsi sədrinin sözlərinə görə, boşanma hallarının 40%-dən çoxu da gənc ailələrin payına düşür.

A.Vəliyev bildirib ki, hazırda xaricdə 1182 tələbə təhsil alır və onlar da gənclərin nümayəndələridir. Ölkədə 530 min nəfər idmanla məşğul olur, 2002-ci ildən beynəlxalq idman yarışlarında qazanılmış medalların sayı isə 200-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti