...

Azərbaycan səfiri İordaniya ilə iqtisadi əlaqələrin inkişafının vacibliyini bir daha bildirib

Siyasət Materials 18 Dekabr 2006 16:17 (UTC +04:00)

İordaniya Ticarət Kabinetinin sədri, senator Xayder Murad bazar günü Azərbaycanın səfiri Elman Araslı ilə baş nazirin keçən ay baş tutmuş Azərbaycana səfərinin nəticələri barədə söhbət aparıb.

"Petra"ya istinadən Trend xəbər verir ki, azərbaycanlı diplomat İordaniyanın özəl sektorunun Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirəcəyinə, səfər və informasiya mübadiləsini davam etdirəcəyinə ümidini bildirib və qeyd edib ki, bu, İordaniyanın Azərbaycanda səfirliyinin açılışı üçün bir hazırlıq prosesi olacaq.

Əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, İordaniyanın Ticarət və Sənaye Kabineti iqtisadi əlaqələrin inkişafı yollarının öyrənilməsi üçün görüşlərin təşkil edilməsi və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan səfiliyi ilə əməkdaşlıq edəcək.

Xəbər lenti

Xəbər lenti