...

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının iclası keçirilib

Siyasət Materials 19 Dekabr 2006 14:08 (UTC +04:00)

Dekabrın 19-da Milli Məclisin hüquq siyasət və dövlət quruculuğu daimi komissiyasının iclası keçirilib. Trend xəbər verir ki, iclasda Cinayət Prossesual məcəlləsinə, "Dövlət Reyestri haqqındv" qanunun tətbiqi ilə bağlı bəzi qanunverici aktlara əlavə və dəyişikliklərin edilməsi məsələsi müzakirə olunur.

Birinci qanun lahiyəsi haqqında məlumat verən komissiyanın sədlri Əli Hüseynov bildirib ki, indiyə gədər iki dəfə və daha artıq ağır cinayət törətmiş, yetkinlik yaşına çatmamış şəxslər digər cinayət törətsmiş şəxslərlə eyni cəzaçəkmə müəssisəsində saxlanılır. O qeyd edib ki, bu isə əlavə problemlərin yaranmasına səbəb olur. "İndi isə belə qərara alınıb ki, yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslərin cəzaçəkmə müəssisəsində yerləşdirilməsi üçün xüsusi təlim-tərbiyə müəssisəsi yaradılsın. Həmin şəxslərin yaradılacaq müəssisələrdə yerləşdirilməsini təmin etmək məqsədi ilə Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur. Cinayət Prosesual məcəlləsinə 2 bənd əlavə edilib. Ağır cinayət törətmiş şəxslər yenidən cinayət törətdikdə onların yerləşdirilməsi ilə bağlı əlavə edilən hissədə azyaşlıların vəkilləri bundan kassasiya şikayəti vermək hüququna malik olacaqlar. İkinci dəyişikliyə görə, yetkinlik yaşına çatmayan və cinayət törədən şəxslərin yerləşdirilməsi ilə məşğul olan istintaq orqanları tərəfindən 3 il müddətinə yeniyetmələrin problemləri ilə məşğul olan komissiyaya məlumat veriləcək.

İclasda Dövlət Reyestri haqqında qanuna əlavə və dəyişikliklər edilməsi müzakirə olunub. Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı qanunda dəyişik edilməsi nəzərdə tutulur. İndiyə gədər 25-35 və 55 yaşlarında vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirirdi, edilən dəyişikliyə əsasən əgər vətəndaş müəyyən edilən müdldətdə şəxsiyyət vəsiqəsini dəyişməzsə, həmin sənəd etibarsız hesab olunacaq və bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulacaq. Bundan sonra etibarsız hesab edilən sənədlərin Dövlət reyestri yaradılacaq".

Xəbər lenti

Xəbər lenti