...

Rüstəm Usubov BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına üzv ölkələrin 1-ci sessiyasında məruzə ilə çıxış edib

Siyasət Materials 19 Dekabr 2006 19:03 (UTC +04:00)

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov İordaniya Krallığının Əmman şəhərində keçirilmiş BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının üzv ölkələri konfransının 1-ci sessiyasında məruzə ilə çıxış edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumiat verilib.

Baş prokurorun birinci müavini öz məruzəsini "BMT-nin Korrupsiyaya qarşı Konvensiyanın Azərbaycan qanunvericiliyinə implementasiyası" mövzusu ətrafında qurub.

R.Usubov tədbir iştirakçılarına Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində görülən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbulu, baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin təşkili və fəaliyyətə başlaması barədə ətraflı danışıb.

R.Usubov həmçinin Azərbaycanın "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında konvensiyalar və BMT-nin korrupsiyaya qarşı Konvensiyasına qoşulması və milli qanunvericiliyə implementasiyası" barədə məlumat verib. Korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığa müstəsna əhəmiyyət verildiyi qeyd edilərək, ölkəmizin yeni təsis olunmuş Korrupsiyaya qarşı mübarizə aparan orqanların Beynəlxalq Assosiasiyası çərçivəsində fəaliyyəti diqqətə çatdırılıb.

Eyni zamanda sessiya iştirakçılarına Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğala məruz qalması, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumatlar da verilib.

Xəbər lenti

Xəbər lenti