...

Azərbaycan prezidenti ixrac nəzarəti komissiyasının və idarələrarası ekspertlər qrupunun yaradılması haqqında sərəncam verib

Siyasət Materials 20 Dekabr 2006 13:40 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ixrac nəzarəti komissiyasının və idarələrarası ekspertlər qrupunun yaradılması haqqında sərəncam verib. Bu barədə Trend xəbər verir.

"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət başçısının sərəncamı ilə yaradılmış komissiyanın sədri Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov təyin edilib. Komissiyanın tərkibinə müdafiə sənayesi və energetika, xarici işlər, fövqəladə hallar üzrə, səhiyyə, milli təhlükəsizlik, ədliyyə və b. nazirlərin müavinləri daxil edilib.

Dövlət başçısı müvafiq təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə idarələrarası ekspertlər qrupunun yaradılması və fəaliyyətinin tənzimlənməsi barədə komissiyaya tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti