...

YAP-ın Gəncə şəhər təşkilatına yeni sədr seçilib

Siyasət Materials 21 Dekabr 2006 17:34 (UTC +04:00)

Bu gün Gəncədə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 7-ci konfransı keçirilib. Trendin Qərb Bürosunun verdiyi məlumata görə, konfransda YAP-ın icraçı katibi Əli Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və partiyanın ərazi təşkilatlarından 600-a yaxın üzv iştirak edib.

Tədbirdə YAP-ın Gəncə şəhər təşkilatının yeni sədri seçilib. Bu, əvvələr sədr müavini vəzifəsində çalışan İsrafil İsmayılovdur. Ramiz Məmmədov, Mübariz Yusibov və Fuad Əliyev isə onun müavinləri seçilib.

Konfransda yerli təşkilatın 1 illik hesabatı dinlənilib, idarə heyətinin 23 üzvü, 83 nəfərdən ibarət şura, həmçinin nəzarət-təftiş qrupunun yeni üzvləri seçilib. Tədbirdə bildirilib ki, ötən konfransdan bu günə kimi şəhər üzrə partiya üzvlərinin sayı 2007 nəfər artaraq 21501 nəfərə satıb.

Xəbər lenti

Xəbər lenti