...

Bərdənin Mehtili kəndində Aran təşkilatı tərəfindən bələdiyyə büdcəsi ilə bağlı seminar keçirildi

Siyasət Materials 22 Dekabr 2006 16:09 (UTC +04:00)

Aran humanitar regional ictimayi inkişaf təşkilatı vətəndaş cəmiyyətinin inkişafı proqramı çərçivəsində Bərdə rayonunun Mehtili kənd bələdiyyəsində fəaliyyət göstərən işçi qrupu ilə bələdiyyə büdcəsinin tərtib olunmasında "Vətəndaş iştirakçılığının təmin edilməsi" adlı seminar keçirdi. Trend in bölgə müxbiri xəbər verir ki, seminarın əsas məqsədi Mehtili kənd bələdiyyəsinin növbəti il üçün illik büdcənin tərtib edilməsidir. Seminar zamanı Mehtili kənd bələdiyyəsi ərazisində fəaliyyət göstərən işçi qrupun bələdiyyənin üzvləri tərəfindən illik büdcə layihəsinin proqnozu təqdim olundu. Bundan sonra Aran təşkilatının layihə işçiləri seminar iştirakçıları ilə "Vətəndaşların ictimai proseslərə qatılması", "Büdcənin tərtib olunması prosesi", "Vətəndaş iştirakının strateji məqsədləri" mövzularında müzakirələr apardılar, həmçinin onlara bələdiyyə büdcəsinin tərtib olunmasında vətəndaş iştirakı prosesinin hüquqi bazaları haqqında izahlar verildi və bununla bağlı bukletlər paylanıldı. Seminarın nəticəsi olaraq dekabr ayının sonuna kimi Mehtili kənd bələdiyyəsinin 2007-ci il üzrə büdcə layihəsinin proqnozu vətəndaşlara təqdim olunacaq.

Qeyd edək ki, vətəndaş cəmiyyəti layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən 5 illik layihədir.

Xəbər lenti

Xəbər lenti