Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarında keçirdiyi monitorinqləri davam etdirir. Trend in məlumatına görə, MSK sədri Məzahir Pənahov jurnalistlərlə söhbəti zamanı bildirib ki, artıq 38 dairə seçki komissiyasında aparılan monitorinq başa çatıb.
"İndi isə digər 28 dairədə monitorinq keçirilir. Bu monitorinqlərin hansı sahələri əhatə etməsini MSK müəyyənləşdirib və bu dairələrin bütün fəaliyyətini əhatə edir." deyə Məzahir Pənahov qeyd edib.
Onun sözlərinə görə, MSK hazırda birinci monitorinqin nəticələrini araşdırır. "Yaxın günlərdə birinci monitorinqin nəticələrinin araşdırılması prosesi başa çatacaq. Bu ilin axırına qədər 66 dairədə monitorniq keçiriləcək. Digər dairələrədə isə monitorinqlər 2007-ci ilin yanvar ayında aparılacaq."
MSK sədri əlavə edib ki, dairələrdə aparılan monitorinqlər başa çatandan sonra nəticələr çox ciddi şəkildə təhlil olunacaq və bununla bağlı müzakirələr aparılacaq. "Çalışacağıq ki, ortaya çıxan problemləri həll edək. "