...

Prezident İcra Aparatının şöbə müdiri: Azərbaycan yeni ildə Venesiya komissiyası ilə əməkdaşlığı davam etdirəcək

Siyasət Materials 23 Dekabr 2006 15:24 (UTC +04:00)
Prezident İcra Aparatının şöbə müdiri:  Azərbaycan yeni ildə Venesiya komissiyası ilə əməkdaşlığı davam etdirəcək

"Azərbaycan yeni ildə Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlığı davam etdirəcək". Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, Azərbaycanın "Sərbəst toplaşmaq haqqında" qanununun, eləcə də seçki praktikasının təkmilləşdirilməsi üzrə birgə işçi qruplar yaradılıb. Ə.Həsənov vurğulayıb ki, gələn il Azərbaycan hökuməti Avropa Şurası və bu qurumun demokratiya və insan haqları sahəsində institutları ilə vətəndaş və dövlət arasında münasibətlərin formalaşdırılması, gənclər, zorakılıq və bu cür məsələlərlə bağlı əməkdaşlığı davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti